Gürcüstanın Milli Futbol komandası Arçil Tatunaşvilinin ailəsinə baş sağlığı verdi
İşğal altında olan Sxinvalidə öldürülən Arçil Tatunaşvilinin ailəsinə baş sağlığı vermək üçün Gürcüstanın Milli Futbol komandası Tsilkaniyə getdi.
“Bu bütün Gürcüstan üçün böyük ağrıdır, çünki hər birimiz ölkəmizin birləşməsi fikri ilə həmrəyik. Arçil Tatunaşvili isə, müasir Gürcüstanın və gələcək nəslin qəhramanıdır” – dedi futbolçu Nikoloz Kvekveskiri.
Arçil Tatunaşvilinin cəsədi işğal edilən Sxinvalidən martın 20-də gətirildi.
O sabah Muxatqverdi qardaş qəbristanlığında dəfn ediləcək.