Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyası "qeyri-aktiv yerlərdə" elektrik enerjisi ödənişləri ilə bağlı açıqlama yayır
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyası "qeyri-aktiv yerlərdə" elektrik enerjisi ödənişləri ilə bağlı açıqlama yayır

 
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyası “qeyri-aktiv yerlərdə” elektrik enerjisi ödənişləri ilə bağlı açıqlama yayır.

“Telasi” və “Tbilisi Elektrik Təchizatı Şirkəti”-ndə (Telmiko) aparılan yoxlama çərçivəsində pozuntuları müəyyən etmək üçün Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyası
2021-ci ilin dekabrın 1-dən 2022-ci ilin 31 yanvar tarixinə qədər “Qeyri-aktiv yerlərdə” (heç kimin yaşamadığı yerlərdə) gözləniləndən daha çox elektrik enerjisi ödənişi gələn vətəndaşlara səslənərək, onları Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyasına müraciət etməyə çağırır.

“Bu kateqoriyadan olan istifadəçilər üçün Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyasının veb saytında xüsusi forma yerləşdirilib, burada bir neçə məlumat sahəsini doldurmaqla məlumat baxılması üçün Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyasının xüsusi işçi qrupuna təqdim olunacaq. Vətəndaşlar formanı doldurmaq üçün aşağıdakı linkdən istifadə edə bilərlər: gnerc.org/ge/telasi-telmiko.

Vətəndaşlar əlavə məlumatı , zəng mərkəzi vasitəsilə 16 216 nömrəsinə zəng vurmaqla (istənilən operatordan zənglər pulsuzdur) və ya Facebook-da Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyasının səhifəsi vasitəsilə əldə edə bilərlər”- deyə Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komisssiyasının açıqlamasında bildirilir.