Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyası - elektrik enerjisinin tarifi artırılmır
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyası - elektrik enerjisinin tarifi artırılmır

 

Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasından verilən məlumata görə, mətbuat vasitələrindən birində elektrik enerjisinin tarifinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasından da bildirildiyi üzrə, hazırda elektrik enerjisinin tariflərində ciddi dəyişiklik etmək üçün heç bir əsas yoxdur, bu da yaxın vaxtlarda elektrik istehlakı tarifinin artırılmasının planlaşdırılmadığını göstərir.

“Komissiya mətbuat vasitələrindən birində elektrik enerjisi tariflərinin artması ilə bağlı dərc olunan məqaləyə münasibət bildirir. Məqalədə yer alan məlumatlar həqiqətə uyğun deyil və biz hesab edirik ki, tariflərlə bağlı yalan məlumatlar yaymaq, ictimaiyyəti çaşdırmaq məqsədyönlü təxribatdır. Burdaca qeyd edirik ki, mətbuat vasitələri Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyası ilə əlaqə qurmayıblar, nə şərh alıblar, nə də məlumatı yoxlayıblar.

Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyasında elektrik tariflərini müəyyən etmək üçün ictimai inzibati icraat aparılır, bu isə elektrik bazarında həyata keçirilən dəyişikliklərə uyğun olaraq qanunvericiliyin standart prosedur hissəsidir. Mövcud şərtlər nəzərə alınmaqla, hazırda elektrik enerjisi tariflərində ciddi dəyişiklik üçün heç bir əsas yoxdur, yəni yaxın gələcəkdə elektrik tariflərində heç bir artım planlaşdırılmır.
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə komissiyası
, mətbuatı və maraqlı şəxsləri yalan, doğrulanmamış məlumatlar yaymamağa və ictimaiyyəti çaşdırmaqdan çəkinməyə çağırır”, – deyə məlumatda qeyd olunub.