Gürcüstanın media komandası "Kote Kuboku" qalibidir #1TVSPORT
Gürcüstanın media komandası "Kote Kuboku" qalibidir #1TVSPORT

“Kote Kubokunun” qalibi Gürcüstanın media komandası olub. Bir gün davam edən turnir komandanın inamlı qələbə qazandığı maraqlı finalla başa çatıb.

Gürcüstanın əfsanəvi idman şərhçisi Kote Maxaradzenin kubok oyunu bu il dördüncü dəfə Tbilisidə keçirilib. Beynəlxalq futbol turnirinə “İnter Georgia” Akademiyası ev sahibliyi edib. Baş mükafat uğrunda səkkiz komanda mübarizə aparıb, onlardan ikisi Gürcüstanı təmsil edib.

Həlledici görüşdə Gürcüstan millisi rumıniyalı həmkarlarından ibarət komanda ilə üz-üzə gəlib. İlk hissədə 0:1 hesabı ilə uduzsa da, rəqibin müqavimətini dəf edən media komandamız 4:2 hesabı ilə qalib gəlib.

“Kote Kuboku” Gürcüstan İdman Nazirliyi və İdman, Turizm və Gənclər Fondunun dəstəyi ilə keçirilib və təşkilatçısı 2024-cü ilin mayında Batumidə ilk media oyunlarını keçirməyi planlaşdıran İdman Jurnalistləri Assosiasiyası olub.