Gürcüstanın xarici ölkələrindəki səfirliklərində dövlət bayraqları düşürülüb
Gürcüstanın xarici ölkələrindəki səfirliklərində dövlət bayraqları düşürülüb

Tkibuli şəhərindəki, Mindeli adına şaxtada baş verən faciə ilə bağlı Gürcüstanın xarici ölkələrindəki səfirliklərində dövlət bayraqları düşürülüb.

Dünən Mindeli şaxtasında baş verən qəza nəticəsində altı nəfər həlak oldu, üçü isə, yaralandı.

Baş verən hadisə ilə bağlı istintaq aparılır.

Hökümət qərarı ilə 6 aprel Gürcüstanda matəm günü elan edildi.