Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze Münxendə gürcü diasporasının nümayəndələri ilə görüşdü
Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze Münxendə gürcü diasporasının nümayəndələri ilə görüşdü – bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, diaspora üzvləri nazirə Münxendə Gürcüstan konsulluğunun açıldığına görə təşəkkür etdilər və bu məsələyə Gürcüstanın fəxri konsulu Klaus Hipinin böyük qatqısı da qeyd olundu.
Görüşdə Gürcüstan və Avropa İttifaqı arasındaki vizaliberalizasiya məsələsi də müzakirə olundu.
Nazir Diaspora üzvlərinə respublikanın 100 illiyi ilə bağlı necə Tbilisidə, eləcə də xaricdə keçiriləcək olan tədbirlər haqqında məlumat verdi və onlardan bu tarixin ləyaqətli şəkildə qeyd edilməsi üçün dəstək istədi.
Görüşdə həmçinin diaspora və dövlətin effektiv əməkdaşlıq strategiyasının işlədilməsi zərurəti və bunun üçün gərəkən proqramlar müzakirə olundu.