Gürcüstanın xarici işlər naziri Ermənistana səfərə gedir
Gürcüstanın xarici işlər naziri Ermənistana səfərə gedir

 

Aprelin 29-30-da Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Ermənistana rəsmi səfərə gedəcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

“Səfər çərçivəsində gün ərzində xarici işlər naziri Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri həmçinin Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan ilə də görüş keçirəcək” -deyə XİN-dən bildiriblər.

İdarənin məlumatına görə, Ermənistan Respublikasına səfər zamanı tərəflər iki ölkə arasında əməkdaşlığın geniş spektrini müzakirə edəcəklər.