Gürcüstanın Katolikos-Patriarxına Batuminin "Medina" klinikasında planlı müayinələr keçirildi

Gürcüstanın Katolikos-Patriarxı, pak və müqəddəs İkinci İlia Batumidəki “Medina” xəstəxanasına aparıldı.

Batuminin Lazeti Yeparxiyasında bəyan edirlər ki, klinikaya patriarxı planlı müayinələrin keçirilməsi məqsədi ilə apardılar və onun sağlamlıq vəziyyəti hazırda stabildir.

“Patriarx bir neçə gündür Acarıstandadır, onun periodik planlı müayinələr ehtiyacı var idi, çünki ən son belə müayinədən 2018-ci ildə keçmişdi.

Onun sağlamlıq vəziyyəti pisləşməyib və əksinə, hər zamankindən daha stabildir” – dedi dekanoz İoane Qorelişvili Birinci Kanal ilə söhbət zamanı.