Gürcüstanın Katolikos-Patriarxı Ermənistan prezidenti ilə görüşdü.
Katolikos-patriarx İkinci İlia patriaxlığın nümayəndələri ilə bərabər, Ermənistan prezidenti Armen Sarkisyanı, həyat yoldaşı Nunu Sarkisyanı və nümayəndə heyyətinin digər üzvlərini qəbul etdi.
Patriarxlığın məlumatına görə, görüşdə söhbət Ermənistan və Gürcüstan arasındaki dostluq münasibətlərinə və beynəlxalq arenada baş verən proseslərə toxundu.
Patriarx Qafqaz regionunda və dünyada sülhün və münaqişələrin sülh yolu ilə həll olunmasının əhəmiyyətini vurğuladı.
Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstan Patriarxına onları qəbul etdiyi üçün təşəkkür etdi.
Patriarx isə, öz növbədə Ermənistan patriarxı Qaregin İkinciyə salam söylədi və iki ölkə arasındaki dostluğun daha da güclənəcəyini ümid etdi.