Gürcüstanın Çindəki səfiri - Uxan şəhərində olan Gürcüstan vətəndaşları ilə şəxsən söhbət etdim, onlar özlərini təhlükəsizlikdə hiss edirlər
Gürcüstanın Çindəki Səfirliyi Çinin müxtəlif regionlarında olan Gürcüstan vətəndaşları ilə daimi əlaqə saxlayır, – bu barədə bəyanatı Gürcüstanın Çindəki səfiri Arçil Kalandia Birinci Kanal ilə söhbət zamanı verdi.
Onun dediyinə görə, Çində yaşayan Gürcüstan vətəndaşları arasında koronavirusa yoluxanlar yoxdur.
Səfirin dediyinə görə, virusun mənbəyi olan Uxan şəhərində 3 Gürcüstan vətəndaşı yaşayır. Səfir deyir ki, onlar təhlükəsizlikdədirlər.
“Onlarla şəxsən danışdım, təmiz qidaları da gərəkən medikamentləri də var və özlərini təhlükəsizlikdə hiss edirlər. Uxan şəhərində karantin elan edilib və şəhərə girib-çıxmaq mümkün deyil, ona görə də, onlar müəyyən müddət o şəhərdə qalmalıdırlar” – dedi səfir.