Gürcüstanın həndbol komandası Macarıstanı məğlub edərək Avropa çempionatına vəsiqə qazanıb #1TVSPORT
Gürcüstanın həndbol komandası Avropa çempionatının seçmə mərhələsinin son oyununu səfərdə Macarıstanda keçirib və bir top fərqi ilə 31:30 hesabı ilə qalib gəlib.
Görüşün birinci yarısında gürcü həndbolçular üç topluq üstünlük əldə ediblər – 17:14. İkinci hissə olduqca gərgin keçib, oyunun bitməsinə üç dəqiqə qalmış Gürcüstan 28:30 hesabı ilə məğlub olurdu, lakin Arsenaşvili və Tsxovrebadzenin qolları ilə komanda əvvəlcə hesabı bərabərləşdirdi, son saniyədə isə Macarıstanın qapısı istiqamətində təyin edilmiş yeddi metrlikdən Tsxovrebadze yenidən məharətlə istifadə edib və matçda yekun nəticəni müəyyən edib- 31:30.
Gürcüstan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü yeri tutan ən yaxşı ilk dördlüyə düşüb və tarixdə ilk dəfə qitə çempionatında oynayacaq. Avropa çempionatı 2024-cü ilin yanvarın 10-28-də Almaniyada keçiriləcək.