"Gürcüstanın Hava Limanları Birliyi" Çində olan üç Gürcüstan vətəndaşının vətəninə qayıtmasını təmin edəcək
İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin tapşırığı ilə, “Gürcüstanın Hava Limanları Birliyinin” Çində olan üç Gürcüstan vətəndaşının Gürcüstana qayıtmasını təmin edəcək.
Nazirliyin bəyanatına görə, gürcü ailəsi Pekindən Gürcüstana sabah qayıdacaq.
Nazirliyin məlumatına görə, Çinin Yanqçou şəhərində olan üç Gürcüstan vətəndaşı, avia-uçuşların ləğv olunmasına görə, ölkəyə qayıda bilmirdi.
Gürcüstanın Çindəki səfiri Arçil Kalandianın dediyinə görə, Çinə avia-uçuşlar bu vaxta qədər böyük problem olatraq, qalır. Aviauçuşları sadəcə bir neçə aviaşirkət həyata keçirir və biletlərin qiyməti də hər zamankindən çox daha yüksəkdir.
Onun məlumatına görə, Gürcüstan vətəndaşları bəyan edirlər ki, Çindən maddi səbəblərdən dolayı qayıda bilmirlər.