Gürcüstanın gənclərdən ibarət yığması Avropa çempionatında Niderlandla qarşılaşacaq - 1/4 finala vəsiqə tərəzinin gözündədir #1TVSPORT
Gürcüstanın gənclərdən ibarət yığması Avropa çempionatında Niderlandla qarşılaşacaq - 1/4 finala vəsiqə tərəzinin gözündədir #1TVSPORT

 

Bu gün 21 yaşadək futbolçulardan ibarət Gürcüstan yığması Avro 2023-ün qrup mərhələsinin son oyununda Niderlandla qarşılaşacaq. Bu görüşün nəticəsi Ramaz Svanadzenin komandasının 1/4 finalda oynayıb-oynamayacağını müəyyənləşdirəcək.

Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət yığması Niderlandla görüşdən əvvəl Saquramoda, Tbilisinin “Lokomotiv”inin bazasında oyunöncəsi məşqini edib. Bundan əvvəl Ramaz Svanadze və Qiorqi Quliaşvili matça ev sahibliyi edəcək “Dinamo Arena”da jurnalistlərin suallarını cavablandırıblar, müsahibə zamanı Qorinin “Dila” komandasının kapitanı Nika Qaqnidzenin zədə səbəbindən daha turnirdə komandamıza kömək edə bilməyəcəyi məlum olub.

Avropa çempionatında keçirilən iki turdan sonra Gürcüstanın gənclərdən ibarət yığması 4 xalla qrupda birinci pillədə qərarlaşıb və 1/4 finala çıxmaq üçün xalı yetir. Niderland isə hələlik cəmi 2 xal toplayıb və növbəti mərhələyə keçmək üçün qalibiyyətə ehtiyac duyur.

Komandanın baş məşqçisi Ervin van der Loy “Dinamo Arena”da keçirilən mətbuat konfransında qarşısına yalnız qələbə hədəfi qoyub: “Hər iki görüşdə rəqiblərimizdən daha çox şanslar yaratdıq və qələbəyə layiq idik. Son turda Gürcüstanla olacaq şansları (məqamları) reallaşdıra bilsək, inanıram ki, qələbə qazanacağıq. Gürcüstan millisinə dəstək çox olacaq, hərçənd bizim daha yaxşı komandamız var”.

Matçın bütün biletləri oyuna bir gün qalmış satılıb və Tbilisidə keçiriləcək Avropa çempionatı üçün tamaşaçıların sayına dair rekord bir daha yaxşılaşacaq. Belçikaya qarşı oyunda 41 887 bilet satılaraq 1996-cı ildə Barselonada qeydə alınan nəticəni (35 600) yaxşılaşdırıb. Bu dəfə isə 54 000 biletin hamısı satılıb. UEFA-nın səhifəsi Gürcüstan yığmasının azarkeşlərdən ən böyük dəstəyi və enerjini aldığını yazır.

Gürcüstanın Birinci Kanalı iyunun 27-də saat 20:00-dan etibarən Gürcüstan – Niderland matçının canlı yayımını təqdim edəcək.