Gürcüstanın ərazi bütövlüyü ilə bağlı yanlış məlumatın yayılması pul ilə cərimələnəcək
Gürcüstanın ərazi bütövlüyü haqqında yanlış məlumatın yayılması pul cəriməsi ilə cəzalandırılacaq.
Müvafiq dəyişiklikıər “İnzibati hüquq pozuntular məcəlləsinə” daxil edildi, hansıların müzakirəsi aprelin 8-də büro iclasında keçiriləcək.
Dəyişikliklərin müəllifləri parlament əksəriyyətinin üzvləridirlər.
Qanunlayihəyə əsasən, həmçinin, Gürcüstanın ərazi bütövlüyünün pozulması yolu ilə, Gürcüstana hərhansı mülkü gətirən fiziki şəxs 100 lari, hüquqi şəxs isə, 150 lari ilə cərimələnəcək. Bəzi hallarda isə, konfiskasiya ediləcək.
Əgər yuxarıda sadalanan hərəkətlər məqsədyönlü şəkildə edilirsə, onda inzibati cəza deyil, Gürcüstanın Cinayət Məcəlləsi ilə, cinayət işi tətbiq olunacaq.