Gürcüstanın Britaniyadaki səfiri Sopio Katsarava kraliçə Elizabet İkinciyə Etimadnaməsini təqdim etdi [Foto]

Gürcüstanın Britaniyadaki səfiri Sopio Katsarava kraliçə Elizabet İkinciyə Etimadnaməsini təqdim etdi.

Sopio Katsarava Birləşmiş Krallıqda akkreditə olunan diplomatik korpusun ilk səfiridir, hansı ki, etimadnaməsini Bukingem sarayından kraliçəyə virtual formatda təqdim etdi.

Kraliçə Uindzorlar sarayından video-qoşulmada iştirak edirdi.

Bukingem sarayında keçirilən mərasimdən sonra, diplomatik korpusun marşalı Alister Harison qeyd etdi ki, bənzər formatda virtual mərasim ilk dəfə keçirildi.

“Britaniyada Gürcüstanın səfiri vəzifəsinə çox vacib bir dövrdə təyin edilən Sopio Katsaravaya müvəffəqiyyətlər arzulayıram. Gürcüstan və Böyük Britaniya arasındaki münasibətlər xüsusi yaxınlıqla fərqlənir və aramızdaki dostluq münasibəti indi hər zamankindən daha çox önəmlidir”, – dedi Alister Harison.

Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.