Gürcüstanın Birinci Kanalının "Təlxəyin Təqvimi" sənədli filmi Polşa Film Festivalında Heart of Europe münsiflər heyyətinin xüsusi mükafatını qazanıb
Gürcüstanın Birinci Kanalının "Təlxəyin Təqvimi" sənədli filmi Polşa Film Festivalında Heart of Europe münsiflər heyyətinin xüsusi mükafatını qazanıb

 

Noyabrın 5-də Polşa İctimai Yayımçısının təşəbbüsü ilə Beynəlxalq Televiziya Festivalı Heart of Europe-un qala mükafatlandırma mərasimim keçirilib. Gürcüstanın Birinci Kanalı müxtəlif kateqoriyalar üzrə məhsullarını təqdim edib. Onlar arasında münsiflər heyyətinin xüsusi mükafatını qazanan rejissor Levan Adamianın “Təlxəyin Təqvimi” sənədli filmi də var idi.

Şərqi və Mərkəzi Avropa ictimai yayımçılarının iştirak etdiyi müsabiqənin məqsədi regionda televiziya istehsalının populyarlaşdırılması və Avropada ictimai mətbuatın gücləndirilməsinə xidmət edir.

Noyabrın 30-dək tamaşaçılar onlayn rejimdə təqdim olunmuş film və verilişlərə baxa bilmə imkanına malikdirlər.
Növbəti ünvanda bu əlçatandır.

Müsabiqədə 12 ölkənin ictimai yayımçılarının 80-dən çox layihəsi iştirak edib.