Gürcüstanın Birinci Kanalının jurnalisti Ana Patsia, Rustaveli prospektində inkişaf edən hadisələrlə əlaqədar ifadə verir
Gürcüstanın Birinci Kanalının jurnalisti Ana Patsia, Rustaveli prospektində inkişaf edən hadisələrlə əlaqədar ifadə verir

 

Gürcüstanın Birinci Kanalının jurnalisti Ana Patsia, Rustaveli prospektində inkişaf edən hadisələrlə əlaqədar Tbilisi Baş İdarəsində ifadə verir.

Ana Patsia, 5 iyulda Rustaveli prospektində ona və operator Ilia Tvaliaşviliyə qarşı sözlü və fiziki zorakılıq barədə istintaqa məlumat verməlidir.

“İyulun 5-də aksiya zamanı mənə və operatorum İlia Tvaliaşviliyə qarşı sözlü və fiziki zorakılıqlar, fəaliyyətimizə necə müdaxilə etdikləri barədə istintaq orqanına məlumat verməliyəm. Ümid edirəm sürətli reaksiya verəcəklər. Hələlik bu barədə bir şey deməyiblər, lakin, bir neçə şəxsi müəyyənləşdirə bilərəm. Qrup bizə hücum etdi, elə bu zaman bizə qarşı sözlü və fiziki zorakılıq törədildi.” -deyə Ana Patsia qeyd edib.

Tbilisi Pride-ın əleyhdarları iyulun 5-də Rustaveli prospektində və ətraf ərazilərdə jurnalistlərə və operatorlara qarşı aqressiv hərəkətlər ediblər , bunun nəticəsində müxtəlif media orqanlarının üzvləri , o cümlədən ictimai yayımçının operatoru da İlia Tvaliaşvili xəsarət aldı.

İstintaq cinayət məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi və 225-ci maddəsinin 2-ci hissəsi ilə aparılır.

Rəsmi məlumata görə, jurnalistin peşə fəaliyyətində zorakılıq təhdidi ilə qanunsuz müdaxilə və zorakılıq faktları ilə əlaqədar yeddi nəfər saxlanılıb.