Gürcüstanın Birinci Kanalının fotosu və loqosu ilə vaksinasiya ilə bağlı yalan xəbər yayıldı
Gürcüstanın Birinci Kanalının fotosu və loqosu ilə vaksinasiya ilə bağlı yalan xəbər yayıldı

Gürcüstanın Birinci Kanalının fotosu və loqosu ilə vaksinasiya ilə bağlı sosiyal şəbəkələrdə yalan xəbər yayıldı.

Birinci Kanalın xəbərinin başlığı dəyişdirilib, skrin hazırlanaraq, elə göstərilmişdir ki, güya Səhiyyə naziri deyir ki, vaksinanın keyfiyyəti ilə bağlı şübhələri var.

Gürcüstanın Birinci Kanalı izləyicilərə və onlayn istifadəçilərə müraciət edir ki, şübhəli məlumatları 1tv.ge portalında yoxlasınlar və doğru olub-olmadığından əmin olsunlar.