Gürcüstanın Birinci Kanalının binasında dezinfeksiya işləri həyata keçirilib (foto)
Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə ,Gürcüstanın Birinci Kanalının binasında dezinfeksiya işləri həyata keçirilib.
Gecə gec saatlarda dezinfeksiya işləri iş otaqları, texnika və jurnalistlərin hərəkət etdiyi avtoparkda aparılıb.
İctimai Yayımçının fəaliyyətini maneəçiliklər olmadan həyata keçirməsi üçün, Gürcüstanda yeni növ koronavirusun, COVİD-19 –un yayılması səbəbi ilə Gürcüstanın Birinci Kanalı profilaktik ölçülərə baş vurur.
Gürcüstanın Birinci Kanalı Avropanın media təlimatlarını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının rekomendasiyalarına qoşulur və cəmiyyətə müraciət edərək, fərdi məsuliyyət göstərməyə və müvafiq qaydalara əməl etməyə çağırır.




