Gürcüstanın Birinci Kanalının bəyanatı
Gürcüstanın Birinci Kanalının bəyanatı

İctimaiyyətə məlumdur ki, yayımçı haqqında qanuna edilən dəyişikliklə yayımçının maliyyələşmə modeli və qaydaları dəyişib. O da məlumdur ki, 2024-cü ildə yayımçı öz binasını dəyişir və yeni ünvana köçür və bu, infrastruktur və texnoloji dəyişikliklərlə bağlıdır ki, bu da öz növbəsində təşkilatın kapital xərclərini artırır.

Mövcud vəziyyət təşkilatı yeni reallıq qarşısında qoyur ki, təşkilat bir tərəfdən fasiləsiz yayımı davam etdirməyə, məzmun öhdəliklərini yerinə yetirməyə, digər tərəfdən isə yeni şəraitə uyğun olaraq planlaşdırılmış proqramları dəyişdirməyə borcludur.

İctimai yayımda bütün verilişlər eyni dərəcədə dəyərli, keyfiyyətli və vacibdir. Rəngarənglilik – hər bir ictimai yayımçının təməl daşı olan informasiya çatdırma, bilik, əyləncə və idman bütün növ tamaşaçıların zövqünü nəzərə alır və verilişlərin siyasiləşdirilməsini istisna edir.

İllərdir kanalda müxtəlif siyasi, sosial və ya mədəni məzmunlu verilişlər var və bu yanaşma dəyişməz olaraq qalır, restrukturizasiya verilmiş maliyyə dəyişiklikləri əsasında planlaşdırılıb və müxtəlif formalarla bütün layihələrə, eləcə də təşkilatın hər bir əməkdaşına təsir edəcək.

İstənilən verilişlə bağlı məsələnin siyasiləşdirilməsini qətiyyən yolverilməz hesab edirik, çünki bu mərhələdəki dəyişikliklərdən asılı olaraq, hər bir verilişdə müxtəlif tipli tamaşaçıların öz zövqünə və seçiminə uyğun olaraq əskik cəhətləri olacaq.

  • “Teleskola” kanalı tamamilə bağlanır
  • “Günün kodu”
  • “Qorqiladzenin dözülməz yüngüllüyü”
  • “Ferma”
  • “Giorgi Gvimradze ilə azad baxış”
  • “Biz Hopla yaşayırıq”
  • “Natalia və Datuna ilə birlikdə”
  • “Kişilər”
    Dəyişikliklərlə bağlı bütün kənarqaynaqlı şirkətlərlə (6 şirkət) ilə də danışıqlar aparılır.

Dekabrın 14-də İctimai Yayımın 2024-cü il büdcəsi təsdiq olunduğu və bütün layihələrin yaradıcı qrupları ilə üzbəüz ünsiyyətin dünən başa çatdırılması ilə əlaqədar olaraq, bu gün sizlərə, ictimai yayımın vacib olduğu insalara, hazırkı vəziyyətlə bağlı məlumat veririk, çünki interpretasiya yalnız real mənzərəni görməyə mane olacaq.