Gürcüstanın Birinci Kanalının abxaz və osetin dilli veb-səhifələrinin redaktorları "Saquramo" ədəbi premiya laureatları oldular
Gürcüstanın Birinci Kanalının abxaz və osetin dilli veb-səhifələrinin redaktorları "Saquramo" ədəbi premiya laureatları oldular

İlia Çavçavadze adına Saquramo memorial ev-muzeyində “Saquramo” ədəbi premiyasının laureatları adlandırıldılar.

Laureatlar arasında Gürcüstanın Birinci Kanalının abxaz və osetin dilli veb-səhifələrinin redaktorları Naira Bepieva və İrma Osia da var.

İrma Osia və Naira Bepieva gürcü şairi Davit Mağradzenin “Cakomo Ponti” poemasını abxaz və osetin dillərinə tərcümə ediblər.

Tərcümələrin təqdimatları 2019-cu ilin may ayında keçirildi.

“Cakomo Ponti” poemasını Davit Mağradze 2009-cu ildə yazıb. Əsər 10 dilə tərcümə edilib.

“Saquramo” ədəbi premiya laureatlarının mükafatlandırılma mərasimi noyabrın 8-də, İlia Çavçavadzenin ad günündə keçiriləcək.