Gürcüstanın Birinci Kanalında yaratdığı layihələrə görə Vasil Mağlaperidzeyə Tbilisi Dövlət Universitetinin qızıl medalı verilib

 

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində universitet nəşrlərinin sərgisi çərçivəsində Vasil Mağlaperidze qızıl medala layiq görülüb.

Konkret olaraq desək, Vasil Mağlaperidze Gürcüstanın Birinci Kanalında yaratdığı “Bizim Gürcüstan” və “Gürcüstan 360” layihələrinə görə universitetin qızıl medalına layiq görülüb.

“Universitet mükafatından artıq nə olmalıdır? “Bizim Gürcüstan” filmi təbii ki, Gürcüstanın Birinci Kanalının bütün kollektivinə məxsusdur. Universitetdə öyrəndiyimiz, gördüyümüz, oxuduğumuz və qavradığımız hər şey bu filmdə var. Beləliklə, bu müəyyən dərəcədə universitet məhsuludur və mükafat çox sevindiricidir. Əgər bu filmlər cəmiyyət üçün nələrdəsə faydalı olsa, biz çox şad olarıq”- deyə Vasil Mağlaperidze bildirib.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində universitet nəşrlərinin sərgisində TDU-nun professorları, alim və tədqiqatçıları tərəfindən son beş ildə Gürcüstanda və xaricdə nəşr olunmuş, ən son tədqiqat və kəşfləri özündə birləşdirən kolleksiyalar nümayiş etdirilib.