Gürcüstanın Birinci Kanalı,  yayımçının  jurnalistlərinin  təhqir edilməsi və haqsız ittihamlara məruz qalması ilə əlaqədar açıqlama yayır
Gürcüstanın Birinci Kanalı,  yayımçının  jurnalistlərinin  təhqir edilməsi və haqsız ittihamlara məruz qalması ilə əlaqədar açıqlama yayır

Gürcüstanın Birinci Kanalı,  İctimai Yayımçının  jurnalistlərinin  təhqir edilməsi və haqsız ittihamlara məruz qalması ilə əlaqədar açıqlama yayır. İctimai Yayımçı guya yayımçı tərəfindən müəyyən edilən sosial şəbəkədən istifadə qaydalarının işçilərə senzuranın tətbiq olunmasına yönəldiyinə dair sosial şəbəkədə, daha sonra mediada yayılan məlumatlara münasibət bildirir.

Gürcüstanın Birinci Kanalının əməkdaşları üçün sosial şəbəkələrdən istifadə qaydaları 2018-ci ildə qəbul edilmiş bir sənəddir və İctimai Yayımçının veb saytında ictimai şəkildə yerləşdirilib.

Sosial şəbəkədən istifadə qaydaları BBC, Finlandiya İctimai Yayımçısı, İsveç İctimai Radiosu və digər yayımçılar da  daxil olmaqla Avropa Yayım Birliyindəki əksər ictimai yayımçılar tərəfindən qəbul edilib.Sosial şəbəkələrdən istifadə qaydaları qəbul edilmiş  təcrübədir və standard tənzimləmələrə əsaslanır, əməkdaşlar üçün rəhbər tutulan  vacib sənəddir və Gürcüstanda qüvvədə olan qanunvericiliyə uyğundur.

Sözü gedən fakt , quruma qarşı tamamilə əsassız  hücum  təşkil etmək   və təşkilatın nüfuzuna xələl gətirmək üçün istifadə edildi, bu səbəbdən də jurnalistlərimiz təhqir və haqsız ittiham obyektinə çevrildilər. İctimai Yayımçı beynəlxalq tərəfdaşlara müraciət edərək cərəyan edən prosesləri izləməyə  və müxtəlif siyasi qruplar tərəfindən ictimai media ideyasının və Avropa modelinin  dəyərlərini şübhə altına alan səhv məlumatların yayılmasına icazə verməməyə çağırır.  Çünki, İctimai Yayımçının   jurnalistlərinin müstəqilliyi  Gürcüstan Konstitusiyasında təsbit edilib.

Gürcüstanın Birinci Kanalı jurnalistlərinə qarşı irəli sürülən heç bir əsassız ittihamı  cavabsız qoymayacaq. Təşkilat hər bir işçini qoruyacaq, heç bir siyasi qrupun maraqlarına xidmət etmədikləri üçün onların  müəyyən siyasi gündəm üzrə  fəaliyyət göstərən partiyaların hücum obyektinə çevrilmələrinə imkan verməyəcək -deyə Gürcüstan Birinci Kanalının bəyanatında deyilir .