Gürcüstanın Birinci Kanalı Walt Disney animasiya filmlərinin mahnılarının gürcü dilli versiyası üçün təkliflər gözləyir
Gürcüstanın Birinci Kanalının əsas strateji məqsədlərindən biri medya industriyasının və onunla bağlı sahələrin inkişafı üçün əlverişli şəraitlər yaratmaqdır.
Məhsz bu məqsədlə, Birinci Kanal industriyanın ən iri şirkəti olan The Walt Disney-in animasiya filmlərinin mahnılarının gürcü dilli versiyasının hazırlanması üçün təkliflər qəbul etməyə hazırdır.
Əməkdaşlıq çərçivəsində, “Disneyin” tələbinə əsasən, bütün zamanların ən gözəl gürcü dilli dublyajı həyata keçirilməlidir və eyni zamanda, mahnıların da gürcü dilli versiyası hazırlanmalıdır.
Birinci Kanal tərəfindən təqdim edilən sənədlərin siyahısı:
- Filmdən gürcü dilində yazılması gərəkən bir video-fraqment
- Yazılması gərəkən mahnının fonoqramasız halı
- Mahnının original dilindəki mətni
- Gürcü dilində yazılması gərəkən 21 mahnının siyahısı
- Notlar
- Həyata keçirilməsi gərəkən planın şablonu
- Layihənin maliyyələşdirilmə şablonu.
Sənədlər haqqında detallı məlumat buradadır.