Gürcüstanın Birinci Kanalı "Votsap" (WhatsApp) vasitəsi ilə yeni xəbərlər yaymağa başlayır

Gürcüstanın Birinci Kanalı “Votsap” (WhatsApp) vasitəsi ilə yeni xəbərlər yaymağa başlayır və bu Gürcüstan medya məkanında novasiyadır.

Sizə ən əsas xəbərləri hər gün operativ şəkildə almaq imkanı veriləcək.

Birinci Kanalın yeni xəbərlərinə abunə olmaq üçün bunları etməlisiniz:

1. “Votsapda” Gürcüstanın Birinci Kanalının nömrəsini yığmalısınız – 598 011100 və qeyd olunan nömrədə müvafiq xidmətin aktivləşməsi üçün – 1tv-yi yığmalısınız.

2. Qeydiyyatdan keçdikdən sonra, Gürcüstanın Birinci Kanalı sizə operativ şəkildə öz xəbərlərini göndərəcək.

Servisin ləğv edilməsi üçün isə, göstərilən nömrəyə – 598 011100 stop sözünü göndərin.