Gürcüstanın Birinci Kanalı özünüidarəetmə seçkilərində iştirak edən seçki subyektlərinin seçkiqabağı reklamını təmənnasız yerləşdirməyə başladı
Gürcüstanın Birinci Kanalı özünüidarəetmə seçkilərində iştirak edən seçki subyektlərinin seçkiqabağı reklamını təmənnasız yerləşdirməyə başladı

 

Gürcüstanın Birinci Kanalı avqustun 13-dən etibarən 2021-ci ilin oktyabrın 2-də keçiriləcək munisipalitetin nümayəndəlik orqanının-sakrebulo və özünüidarə edən şəhər/ özünüidarə edən icma merinin seçkilərində iştirak edən seçki subyektlərinin seçkiqabağı reklamını yerləşdirməyə başladı.

Mövcud qanunvericiliyə əsasən , İctimai Yayımçı, seçkiqabağı reklamı təmənnasız yerləşdirmək üçün, səlahiyyətli partiyalara hər saatda 5 dəqiqə ayırır, hər 3 saatda bərabər və ayrı-seçkilik etmədən hər bir səlahiyyətli partiyanın təqdim etdiyi seçkiqabağı reklam bu dövr ərzində bir seçki subyekti üçün ayrılan reklam vaxtının 90 saniyəni keçməməsi şərti ilə yerləşdiriləcək. İxtisaslı seçki subyektindən başqa, digər partiyaların seçkiqabağı reklamını təmənnasız yerləşdirmək məqsədi ilə hər saatda 5 saniyə hər bir subyekt üçün ayrılıb və hər 3 saatda bərabər və ayrı-seçkilik etmədən hər bir partiyanın təqdim etdiyi seçkiqabağı reklam bu dövrdə bir partiya üçün ayrılan reklam vaxtının 15 saniyəni keçməməsi şərti ilə yerləşdiriləcək.

2021-ci ilin oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə seçkiləri ilə bağlı məlumat İctimai Yayımçının 1tv.ge rəsmi saytına yerləşdirilib, həmçinin seçkiqabağı dövrdə sistemli şəkildə yenilənəcək xüsusi veb platforma yaradılacaq.

Avqustun 13-nə olan göstəricilərə əsasən, İctimai Yayımçıya artıq 8 səlahiyyətli partiya müraciət edib və mövcud qanunvericiliyə uyğun olaraq, Birinci Kanalın efirində seçkiqabağı reklamlar üçün pulsuz efir vaxtından artıq istifadə edirlər, onlardan sadəcə bir subyekt Gürcüstan Radiosunun pulsuz efir vaxtından istifadə etmək istəyəni ifadə edib.