Gürcüstanın Birinci Kanalı işıqlandırılmış mövzuların statistikasını dərc edir
Gürcüstanın Birinci Kanalı işıqlandırılmış mövzuların statistikasını dərc edir

 

Gürcüstanın Birinci Kanalı bütün platformalarda işıqlandırılmış mövzuların statistikasını dərc edir, bu daxili monitorinq göstəricilərinə əsaslanır.

2021-ci ildə əvvəlki illə müqayisədə bütün prioritet mövzuların işıqlandırılması tezliyi artmışdı. İctimai-siyasi istiqamətdə sosial problemlərin, vətəndaşların problemlərinin, Gürcüstandakı siyasi proseslərin, beynəlxalq siyasətin işıqlandırılmasına ayrılan vaxt xüsusilə artıb.

Həmçinin Aİ və NATO-ya inteqrasiya məsələlərinin işıqlandırılmasında da artım müşahidə olunub.

Uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan məhsullara ayrılan vaxt artıb.

Qadınların idmana cəlb olunması istiqamətində mövzuların işıqlandırılması artıb.

Gürcüstan İctimai Yayımçısı, məsuliyyətli və hesabatlı media olaraq 2019-cu ildən daxili monitorinq sisteminə malikdir, bunun üçün xüsusi proqram yazılıb və materialın xüsusiyyətləri nəzərə alınmaqla monitorlar qrupu hazırlanıb. Monitorinq proqramında bütün platformalarda işıqlandırılan məlumatlar 13 əsas və 132 alt istiqamət üzrə sistemləşdirilib və daim yenilənir.

Monitorinq proqramı ilə həmçinin işıqlandırılmış subyektlər də ölçülür. Məlumat onların həm cinsinə, həm də təmsilçiliyinə görə işlənir.