Gürcüstanın Birinci Kanalı - "Biz Ukrayna üçün"
Gürcüstanın Birinci Kanalı - "Biz Ukrayna üçün"

 

Gürcüstanın Birinci Kanalı Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə Ukrayna xalqına dəstək və Ukrayna İctimai Yayımçısı ilə həmrəylik əlaməti olaraq “Biz Ukrayna üçün” xeyriyyə marafonunu keçirəcək.

Marafon martın 1-də saat 22:00-da Gürcüstanın Birinci Kanalında canlı yayımlanacaq və cəmiyyətin bütün üzvləri telefon zəngi və ya bank hesabına pul köçürməklə marafonda iştirak etmək imkanı əldə edəcəklər.

Hesab nömrəsi:

GE84BG0000000533473787 

GE44TB7406736120100003

Və ya istənilən şəbəkədən- 16 222-yə zəng edin

Zəngin qiyməti 1 laridir

Xeyriyyə marafonu Avropa Yayım İttifaqına üzv yayımçıların təşəbbüsüdür və Polşada start alıb. Polşanın TVP-nin efirində Ukraynaya dəstək məqsədilə Carita ilə birlikdə marafon artıq keçirilib. “Ukrayna üçün” xeyriyyə marafonunu isə Gürcüstanın Birinci Kanalı çərşənbə axşamı təklif edəcək.

“Biz Ukrayna üçün” – xeyriyyə marafonu Gürcüstanın Birinci Kanalının təşkilatçılığı ilə martın 1-də keçiriləcək.

Ukraynanın İctimai Yayımçısı ilə sıx əməkdaşlığımız var və bu, real nəticə və effekt verməli olan həmrəylik aktıdır, fikrimcə , bu çətin zamanda ən vacibi budur” -deyə Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili bildirib.

Gürcüstan Qızıl Xaç Cəmiyyətinin prezidenti Natia Loladzenin də qeyd etdiyi kimi, marafon zamanı edilən ianə Ukrayna Qızıl Xaç Cəmiyyətinə veriləcək.

“Ukrayna xalqı üçün ianə et! Bu gün, heç vaxt olmadığı kimi, Ukraynadakı dostlarımızın dəstəyə ehtiyacı var. Sizin etdiyiniz ianə Ukrayna Qırmızı Xaç Cəmiyyətinə bağışlanacaq. Xatırlatmaq istərdik ki, Ukrayna Qızıl Xaç Cəmiyyəti köməyə ehtiyacı olan hər kəsə yardım edir və onların yanındadır” – Gürcüstan Qızıl Xaç Cəmiyyətinin prezidenti bildirib.

“Biz Ukrayna üçün” – xeyriyyə marafonunda məşhur gürcü müğənnilər iştirak edəcəklər , həmçinin Gürcüstanın Birinci Kanalının musiqi layihələrindən məşhur epizodlar ifa ediləcək.