Gürcüstanın Beynəlxalq Hava Limanında əlavə termo-kameralar montaj edildi
Gürcüstanın Beynəlxalq Hava Limanında əlavə termo-kameralar montaj edildi

Gürcüstanda koronavirusun yayılmasının prevensiyası tədbirləri çərçivəsində, Tbilisi, Kutaisi və Batumi Beynəlxalq Hava Limanlarında əlavə termokameralar montaj ediləcək.

Bu haqda məlumatı Gürcüstanın Hava Limanları Birliyi yayır.

Termo-kameraların yardımı ilə, hava limanına gələn yolçunun skanerlə yoxlanılması onunla ünsiyyətə girmədən mümkün olacaq.

İdarənin məlumatına görə, termo-kameraların yüksək dəqiqliyi onunla şərtləndirilir ki, skrininq prosesində kamera termik etalonlardan istifadə edir. Əgər yolçunun yüksək temperaturu varsa, bu haqda məlumat kameraya bərkidilən kompyuterdən operatora verilir, hansı ki, müvafiq reaksiyanın verilməsi üçün məlumatı müvafiq xidmətə çatdırır.

Prevensiya tədbirləri Gürcüstanın hava limanlarında İqtisadiyyat və Maliyyə Nazirlikləri və “Gürcüstan Hava limanları Birliyinin” dəstəyi ilə həyata keçirilir.