Gürcüstanın baş naziri müsalman dindarlarını Qurban Bayramı ilə təbrik etdi
“Ölkəmizin gücü onun çox millətliliyindədir, ona görə də biz öz çoxmilliyətliyimizə qayğı gəstəririk və bu gələcəkdə də belə olacaq”, – bu sözlərlə Gürcüstanın baş naziri Giorgi Qaxaria müsəlman dindarlarını Qurban Bayramı ilə təbrik etdi.
Dövlət başçısı qeyd etdi ki, Gürcüstanda bütün dinlərin nümayəndələri ölkənin müvəffəqiyyətli gələcəyi üçün birlikdə mübarizə edirlər və bu hər zaman belə olacaq.
“Gürcüstanda yaşayan müsəlmanları Qurban Bayramı ilə təbrik edirəm. Təəssüf ki, pandemiyaya görə, bu bayramı gərəkdiyi kimi qeyd edə bilmirik, ancaq ümid edirəm ki, bundan sonra daha fərqli olacaq. Müsəlman qardaşlarımız Gürcüstanın bütün vətəndaşları kimi bizim qardaşımızdır və ölkəmizin xöşbəxt gələcəyi üçün birlikdə çalışırıq. Bayramınız mübarək olsun, sizə müvəffəqiyyətlər və san sağlığı arzulayıram” – deyib baş nazir.