Gürcüstanın Avroviziya Uşaq Mahnı Müsabiqəsindəki təmsilçiləri Nitsadakı açılış mərasimində iştirak ediblər
Gürcüstanın Avroviziya Uşaq Mahnı Müsabiqəsindəki təmsilçiləri Nitsadakı açılış mərasimində iştirak ediblər

 
Nitsada Avroviziya Uşaq Mahnı Müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. Yarışın iştirakçıları qırmızı xalça üzərindən keçiblər, onların arasında Gürcüstan təmsilçiləri Anastasiya Vasadze, Nikoloz Xarati və Oto Bazeraşvili də olub.

Gürcüstan təmsilçilərinin avroviziya səhnəsində ifa edəcəkləri -Over The Sky mahnısını Betxo və Mebo Nutsubidze tərəfindən yazılıb. Klipin çəkilişləri üç fərqli məkanda aparılıb.

Müğənnilərlə yanaşı, avroviziyanın səhnəsinə daha iki rəqqasə- Nita Camaqidze və Barbara Kacaia çıxacaqlar.

21-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsi noyabrın 26-da, saat 19:00-da Fransanın Nitsa şəhərində başlayacaq, Birinci Kanalın efirində reportajın aparıcısı Nika Lobiladze olacaq. Səsvermə noyabrın 24-ü, saat 23:00-dan başlayacaq.