Gürcüstanın 19 yaşadək qızlardan ibarət komandası Azərbaycanı ikinci dəfə məğlub etdi #1TVSPORT
Gürcüstanın 19 yaşadək qızlardan ibarət komandası Azərbaycanı ikinci dəfə məğlub etdi #1TVSPORT

Gürcüstanın 19 yaşadək qızlardan ibarət milli komandası Azərbaycan yığması ilə ikinci dostluq görüşü keçirib və bu dəfə də qalib gəlib – 2:1.

İlk görüşdə komandamız 2:0 hesabı ilə qalib gəlib. İkinci oyunun 4-cü dəqiqəsində azərbaycanlı futbolçu Şəkər Piriyeva hesabı açıb. 21-ci dəqiqədə Natia Jojua tarazlığı bərpa edib, 37-ci dəqiqədə isə Lizi Qoqaladze qonaqlara ikinci qolunu vurub.

İkinci hissənin sonunda, 79-cu dəqiqədə baş hakim Lizi Qoqaladzeyə ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırsa da, Gürcüstanın 19 yaşadək qızlardan ibarət milli komandası üstünlüyünü qoruyub.

Azərbaycanla görüşlər Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət milli komandası üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq mərhələsi çərçivəsində olub. Oktyabrın sonunda yığmamız Bolqarıstan, Xorvatiya və Latviya ilə qarşılaşacaq.