Gürcüstandan Türkiyəyə keçmək icazəsi 1000-dən artıq nəfərə verildi
Gürcüstandan Türkiyəyə keçmək icazəsi 1000-dən artıq nəfərə verildi

Acarıstan iqtidarının sədri Tornike Rijvadze Acarıstan Səhiyyə Naziri və İş təminatı Agentliyinin rəhbərliyindən Türkiyəyə keçmək istəyənlərin qeydiyyat prosesi haqqında hesabat dinlədi.

Görüşdə qeyd olundu ki, Türkiyəyə keçmək icazəsi 1000-dən artıq nəfərə verildi və 600-ə qədər vətəndaş Türkiyə sərhədini artıq keçib.

Türkiyəyə getmək istəyənlər Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən yaradılan xüsusi veb-səhifədə qeydiyyatdan keçə bilərlər – abroadworkers.moh.gov.ge.

Gürcüstan iqtidarının qərarı ilə, Türkiyə sərhədini keçən vətəndaşlar orada üç ay müddəti ilə qala bilərlər.