Gürcüstan Strasburqun milad yarmarkasında iştirak edir

Avropa Şurasının Nazirlər Komitəsinin Gürcüstan sədrliyi ilə bağlı Strasburqun milad yarmarkasında gürcü koteci açıldı.

Gürcü kotecində Gürcüstanda istehsal olunan məhsullar, müxtəlif növlü şərablar, ənənəvi şirniyyat, xalq əl işləmələri və suvenirlər sərgilənib.

Strasburq Avropada milad şəhəri kimi tanınır, harda milad yarmarkası ənənəsi 1570-ci ildən keçirilir və hər il, dünyanın hər yerindən milyonlara qonaq qəbul edir.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, belə geniş miqyaslı tədbirlərdə Gürcüstanın iştirak etməsi, gürcü məhsullarının dünyada populyarizasiyasına imkan yaradır.

Bu il Strasburqun milad yarmarkası noyabrın 22-dən dekabrın 30-da qədər davam edəcək.