Gürcüstandakı dini qurumlar arasında Sovet rejimi dövründə dəymiş ziyanın qismən qarşılanması üçün ayrılmış vəsait bölünüb

 

Gürcüstandakı dini qurumlar arasında totalitar sovet rejimi dövründə dəymiş ziyanın qismən qarşılanması üçün ayrılmış vəsait bölünüb. Bu barədə Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayır və həmin vəsaitin hökumətin müvafiq qərarına uyğun olaraq bölüşdürülməsi bu quruma tapşırılıb.

Onların verdiyi məlumata görə, 2022-ci ilin dövlət büdcəsi ilə müəyyən edilmiş 4 milyon 500 min laridən indiki mərhələdə 3 milyon 500 min lari bölünüb.

” Dini Məsələlər üzrə Dövlət Agentliyi 2022-ci ilin 12 yanvar tarixində baş nazirə rekomendasiya ilə müraciət edib və Gürcüstan Hökumətinin 117 saylı (27.01.2014) sərəncamının 4-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq quruma Gürcüstandakı dini qurumlar arasında totalitar sovet rejimi dövründə dəymiş ziyanın qismən qarşılanması üçün ayrılmış vəsaitin bölüşdürülməsi tapşırılıb və 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 4.500.000 (dörd milyon beş yüz min) laridən indiki mərhələdə 3.500.000 (üç milyon beş yüz min) lari aşağıdakı şəkildə bölünüb:

Gürcüstan İslam İcması – 2.200.000 lari (iki milyon iki yüz min); Gürcüstan Ermənilərinin Apostol Xristian İcması – 600 000 (altı yüz min) lari; Gürcüstan Roma Katoliklərinin Xristian İcması – 400 000 (dörd yüz min) lari; Gürcüstanın yəhudi icması – 300 000 (üç yüz min) lari; 2022-ci il üçün qalan 1.000.000 (bir milyon) lari sonradan bölünəcək” – deyə Dini Məsələlər üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilir.