Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi.

Yer Kürəsini öyrənən Elmlər İnstitutu və Seysmik Monitorinq İdarəsinin Milli Mərkəzindən Birinci Kanala verilən məlumata görə, zəlzələnin gücü 2,9 maqnituda idi.

Seysmoloqların məlumatına görə, təbii fəlakətin episentri Lapankurinin şimal-qərb hissəsindən 14 kilometr məsafədədir.