Gürcüstanda tətbiq edilən məhdudiyyətlərin qaldırılmasının mərhələləri

Gürcüstanın baş naziri Giorgi Qaxaria bəyan etdi ki, iqtisadi fəaliyyətlə bağlı məhdudiyyətlər mərhələ şəklində, vəziyyətin analizi əsasında, qaldırılacaq.

Mərhələlərin arasındaki müddət iki həftə olacaq.

İlk mərhələ 

Aprelin 27-dən minik avtomobillərlə hərəkət, onlayn-ticarət, taksilərin fəaliyyəti və aqrar bazar bərpa olunacaq.

İkinci mərhələ

İki həftədən sonra inşaat, inşaat nəzarəti ilə bağlı fəaliyyət, inşaat məsələlərinin istehsalı, avtoservislər, kompyuter və şəxsi əşyaların təmir yerləri bərpa olunacaq.

Üçüncü mərhələ

Növbəti mərhələdə mağazalar, açıq bazarlar və nəşriyyat yerləri açılacaq.

Dördüncü mərhələ

Ticarət mərkəzləri (mollar), açıq tipli restoranlar və qida obyektləri açılacq.

Hər növ maliyyə xidmətləri, gözəllik salonları və estetik mərkəzləri açılacaq.

Beşinci mərhələ

Qapalı tipli bazarlar, restoran və qida obyektlərinin hamısı açılacaq.

Altıncı mərhələ

Əyləncə mərkəzləri, idman mərkəzləri, yaradıcılıq fəaliyyətləri, azartlı və digər oyun biznesi, mehmanxanalar, təhsil mərkəzləri və digər hər növ fəaliyyət bərpa olunaacaq.

Eyni zamanda, hər bir mərhələdə, epidemioloqlar tərəfindən verilən tövsiyyələr nəzərə alınmalıdır.