Gürcüstanda son 24 saatda koronavirusdan 8 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 8 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat dərc olunub.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 5 335-i təşkil edir.
Son 24 saatda, 964 nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 607 nəfər sağalıb.
Dünən, iyulun 1-də Gürcüstanda koronavirusa 980 yeni yoluxma halı qeydə alınıb, 877 nəfər sağalıb, 11 nəfər isə vəfat edib.