Gürcüstanda son 24 saatda koronavirusdan 78 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 78 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat dərc olunub.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 10 662-ni təşkil edir.
Son 24 saatda koronavirusa 5 751 yeni yoluxma halı qeydə alınıb, 3 647 pasiyent sağalıb
Dünən noyabrın 9-da, Gürcüstanda koronavirusa 6021 yeni yoluxma halı qeydə alınıb, 3 792 nəfər sağalıb, 75 nəfər vəfat edib.