Gürcüstanda son 24 saatda koronavirusdan 77  pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 77  pasiyent dünyasını dəyişib

Gürcüstanda son 24 saatda koronavirusdan 77  pasiyent dünyasını dəyişib. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz məlumat yayır.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 10 816-nı təşkil edir.

Son 24 saatda koronavirusa 4 445  yeni yoluxma halı qeydə alınıb, 3 508 pasiyent sağalıb.

Dünən, noyabrın 11-də Gürcüstanda koronavirusa 4 563 yeni yoluxma halı qeydə alınıb, 4 744  nəfər sağalıb, 77 nəfər vəfat edib.