Gürcüstanda son 24 saatda koronavirusdan 7 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat dərc olunub.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 5 421-i təşkil edir.
Son 24 saatda, 1108 nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 714 nəfər sağalıb.
Dünən, iyulun 8-də Gürcüstanda koronavirusa 1043 yeni yoluxma halı qeydə alınıb, 841 nəfər sağalıb,20 nəfər isə vəfat edib.