Gürcüstanda son 24 saatda koronavirusdan 68 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 68 pasiyent dünyasını dəyişib. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz məlumat yayır.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 10 368-i təşkil edir.
Son 24 saatda koronavirusa 5 240 yeni yoluxma halı qeydə alınıb, 2 235 pasiyent sağalıb.
Bununla yanaşı, noyabrın 5-nə olan vəziyyətə görə, ölkədə “Covid 19”-a 5 340 yeni yoluxma halı qeydə alınıb, 3 631 pasiyent sağalıb, 62 nəfər isə vəfat edib.