Gürcüstanda son 24 saatda koronavirusdan 62 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 62 pasiyent dünyasını dəyişib. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin veb səhifəsində məlumat yenilənib.
Son 24 saatda koronavirusa 5 340 yeni yoluxma halı qeydə alınıb, 3 631 pasiyent sağalıb.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 10 300-ü təşkil edir.