Gürcüstanda son 24 saatda koronavirusdan 47 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 47 pasiyent dünyasını dəyişib. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin veb-səhifəsində məlumat dərc olunub.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 8711-i təşkil edir.
Son 24 saatda, 1653 nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 2 646 pasiyent sağalıb.
Dünən, sentyabrın 22-də Gürcüstanda koronavirusa 2016 yeni yoluxma halı qeydə alınıb, 2024 pasiyent sağalıb, 43 nəfər isə vəfat edib.