Gürcüstanda son 24 saatda koronavirusdan 42 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 42 pasiyent dünyasını dəyişib

Gürcüstanda son 24 saatda koronavirusdan 42 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat  yenilənib.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 10 003-ü təşkil edir.

Son 24 saatda koronavirusa 4610 yeni yoluxma halı qeydə alınıb, 2 624 pasiyent sağalıb

Dünən oktyabrın 29-da, Gürcüstanda koronavirusa  3965 yeni yoluxma halı qeydə alınıb, 4 627 nəfər sağalıb, 43 nəfər isə vəfat edib.