Gürcüstanda son 24 saatda koronavirusdan 40  pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 40  pasiyent dünyasını dəyişib

Gürcüstanda son 24 saatda koronavirusdan 40  pasiyent dünyasını dəyişib.  Bu barədə məlumatı Xəstəliklərə Nəzarət  üzrə  Milli Mərkəz yayır.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 8884-ü təşkil edir.

Ölkədə son 24 saatda koronavirusa 2185 yeni yoluxma halı qeydə alınıb,  2010 nəfər sağalıb.

Dünən, sentyabrın 27-nə olan vəziyyətə görə,  Gürcüstanda koronavirusa 663 yeni yoluxma halı qeydə alınıb, 2383  pasiyent sağalıb, 27 nəfər isə vəfat edib.