Gürcüstanda son 24 saatda koronavirusdan 38 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 38 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat yenilənib.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 9370-i təşkil edir.
Son 24 saatda koronavirusa 4212 yeni yoluxma halı qeydə alınıb, 1982 pasiyent sağalıb
Dünən oktyabrın 13-də, Gürcüstanda koronavirusa 4 837 yeni yoluxma halı qeydə alınıb, 1586 nəfər sağalıb, 26 nəfər isə vəfat edib.