Gürcüstanda son 24 saatda koronavirusdan 33 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 33 pasiyent dünyasını dəyişib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Ölkədə bu gün koronavirusa 1929 yeni yoluxma halı qeydə alınıb, 1914 nəfər sağalıb.
Dünən, sentyabrın 28-nə olan vəziyyətə görə, Gürcüstanda koronavirusa 2185 yeni yoluxma halı qeydə alınıb, 2010 pasiyent sağalıb, 40 nəfər vəfat edib.