Gürcüstanda son 24 saatda koronavirusdan 30 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 30 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat yenilənib.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 9192-ni təşkil edir.
Son 24 saatda koronavirusa 2 661 yeni yoluxma halı qeydə alınıb, 1274 pasiyent sağalıb.
Dünən, oktyabrın 7-də Gürcüstanda koronavirusa 2228 yeni yoluxma halı qeydə alınıb, 1711 nəfər sağalıb, 28 pasiyent isə vəfat edib.