Gürcüstanda son 24 saatda koronavirusdan 20 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 20 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat dərc olunub.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 5 415-i təşkil edir.
Son 24 saatda, 1043 nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 841 nəfər sağalıb.
Dünən, iyulun 7-də Gürcüstanda koronavirusa 1392 yeni yoluxma halı qeydə alınıb, 531 nəfər sağalıb, 11 nəfər isə vəfat edib.